XƏBƏR LENTİ
10 Fevral 2026
09 Fevral 2026
08 Fevral 2026
07 Fevral 2026
06 Fevral 2026
05 Fevral 2026
04 Fevral 2026



Dünya çempionatında daha 4 cüdoçumuz mübarizəyə başlayır
İdman 09:44 / 20.05.2024

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatı davam edir. Yarışların ikinci günündə daha 4 cüdoçumuz tatami üzərinə çıxacaq. Kişilərin yarışında Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi -66 kq) və Hidayət Heydərov (-73 kq) mübarizə aparacaq. Qadınların mübarizəsində isə Açelya Toprak -57 kq çəki dərəcəsində çıxış edəcək. 

Qeyd edək ki, yarışın ilk günündə üç idmançımız mübarizə aparıb. Təmsilçilərimizdən heç biri mükafatçılar sırasına düşə bilməyib. 


18130 oxunub

InvestAZ