XƏBƏR LENTİ
15 May 2024
14 May 2024
13 May 2024
12 May 2024



Pəhləvanlarımız Antalyada fərqləndilər
İdman 11:04 / 11.03.2024

Türkiyənin Antalya şəhərində keçirilən güləş üzrə Yaşar Doğu & Vehbi Əmrə turnirinə yekun vurulub. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, sərbəst güləşçilərimiz ənənəvi yarışı 2 medalla başa vurublar. Komandamızın üzvlərindən Musa Ağayev (65 kq) gümüş medala layiq görülüb. 79 kq çəkidə qüvvəsini sınayan Ramiz Həsənov isə turnirin bürünc medalına sahib çıxıb.


2133 oxunub

InvestAZ