XƏBƏR LENTİ
28 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Bakıda keçirilən boks üzrə beynəlxalq turnir davam edir
İdman 11:03 / 15.05.2024

Bakıda yeniyetmə boksçular arasında "Heydər Əliyev kuboku-2024” beynəlxalq turniri davam edir. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışın ikinci günündə 6 çəki dərəcəsində 18 döyüş keçirilib. 

60 kq və 63 kq-da 1/8 final mərhələsi yekunlaşdığı halda, digərlərində 1/4 final mərhələsinin görüşləri baş tutub. Döyüşlərdə Azərbaycan millisinin daha 8 boksçusu "Heydər Əliyev kuboku-2024”ə qələbə ilə başlayıb.

Boks Mərkəzində keçirilən ənənəvi turnirin üçüncü günündə 20 görüş keçiriləcək.

Qeyd edək ki, turnirin final döyüşləri mayın 18-də olacaq.
21921 oxunub

InvestAZ