XƏBƏR LENTİ
27 İyul 2024
26 İyul 2024
25 İyul 2024
24 İyul 2024



Kişi voleybolçulardan ibarət millimizin Qızıl Avropa Liqası üçün heyəti açıqlandı
İdman 10:25 / 15.05.2024
Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün yekun heyəti açıqlanıb. 
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, baş məşqçi Fərid Cəlalovun rəhbərliyi ilə yarışda çıxış edəcək yığmamıza təcrübəli oyunçularla yanaşı, gənclər də cəlb olunub.
Komandamız mübarizəyə mayın 17-də start verəcək. Mayın 17-19-da Azərbaycanda təşkil olunacaq  ilk turda millimizin rəqibləri Rumıniya və Ukrayna yığmaları olacaq. Mayın 24-dən 26-dək Belçikada keçiriləcək ikinci turda isə komandamız meydan sahibi ilə yanaşı, Şimali Makedoniya yığması ilə üz-üzə gələcək. Üçüncü tur 31 may-2 iyun tarixlərində Estoniyda keçiriləcək. Burada rəqiblərimiz ev sahibi komanda və Lüksemburq olacaq.
Qızıl Avropa Liqasında çıxış edən millimizin yekun heyətidə açıqlanıb. 
Hücumçular: Vüqar Bayramov, Andrey Melnikov, Andrey Vasilenko, Cavid Əzimov, Yusif Bünyatov, Aslan Həmidov, Ruslan Əliyev
Blokçular: Elmin Alışanov, Mərdan Məmmədov, Emil Aşumov
Toppaylayıcılar: Roman Qurskiy, Əmirmehdi Ablou
Liberolar: Kənan Allahverdiyev, Nihad Qasımov
Baş məşqçi: Fərid Cəlalov
Köməkçi məşqçilər: Akif Vəliyev, Vüsal Rüstəmov

4144 oxunub

InvestAZ