XƏBƏR LENTİ
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026



Bakıda boks üzrə beynəlxalq turnirinin açılış mərasimi keçirilib
İdman 17:10 / 13.05.2024

Bakıda yeniyetmə boksçular arasında "Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirinin açılış mərasimi keçirilib.

Azərbaycan Boks Federasiyasının (ABF) mətbuat xidmətindən verilən məlumata görə, tədbir iştirakçı komandaların paradı ilə başlayıb.

ABF İdarə Heyətinin üzvü Rövşən Hüseynov yarışın əhəmiyyətindən, Ulu Öndər Heydər Əliyevin idmana göstərdiyi diqqət və qayğısından danışıb. O bildirib ki, "Heydər Əliyev Kuboku”ndan Avropa, dünya və Olimpiya mükafatçıları çıxıb.

İdman səfiri İlqar Qurbanov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əliniyaz Mirzəyev və turnirin supervayzeri Petr Vinnik də ənənəvi yarışın əhəmiyyətindən söz açıb, iştirakçılara uğurlar arzulayıblar.

Dövlət Himni səsləndirildikdən sonra turnir açıq elan olunub.

Boks Mərkəzində keçirilən yarış mayın 18-də başa çatacaq. Turnirdə Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan və Qırğızıstan yığmaları güclərini yoxlayırlar. Onlar 13 çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər. 116 idmançının qatıldığı yarışda döyüşlər hər gün saat 14:00-da başlayacaq.


22319 oxunub

InvestAZ