XƏBƏR LENTİ
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026



Parataekvondo millimizdən Avropa çempionatında tarixi uğur
İdman 11:45 / 13.05.2024

Azərbaycan parataekvondo millisi Serbiyanın paytaxtı Belqradda keçirilmiş Avropa çempionatında tarixi uğura imza atıb.

Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə,yığmamızınheyətində İmaməddin Xəlilov (70 kq) qızıl, Əbülfəz Abuzərli (80 kq) gümüş medal qazanıblar. Yığma bu nəticə ilə medal əyarına görə komanda hesabında birinci yeri tutub.

İkinci pillədə Türkiyə, üçüncü sırada isə neytral statusda çıxış edən idmançıların komandası (AIN) qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi qitə birinciliyində baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında mübarizə aparıb. Yığma yarışda 3 parataekvondoçu ilə təmsil olunub.



21139 oxunub

InvestAZ