XƏBƏR LENTİ
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026



Bir il əvvəl təxirə salınan döyüş yenidən keçiriləcək
İdman 10:33 / 13.05.2024

Ağır çəkidə UFC çempionu Con Consun növbəti rəqibi Stipe Miocic olacaq. Bu xəbəri UFC rəhbəri Dana Uayt təsdiq edib. Qeyd edək ki, bir müddət əvvəl mediada Consun yüngül çəkidə UFC çempionu Aleks Pereyra ilə döyüşəcəyi barədə xəbərlər yer almışdı. "Conun rəqibi Stipe olacaq. Düşünürəm ki, Con insanların nə düşündüyünü görür. Ancaq o, Stipe ilə döyüşəcək”, - deyə Uayt «ESPN 56»nın müxbirinin sualını cavablandırıb.

Xatırladaq ki, 36 yaşlı Cons sonuncu dəfə 2023-cü ilin martında Cyril Ganı vaxtından əvvələ məğlub edib. Maraqlıdır ki, Cons-Stipe döyüşü 2023-cü ilin noyabrında keçirilməli idi. Lakin Miocic zədələnməsi həmin görüşün təxirə salınması ilə nəticələnmişdi.


20627 oxunub

InvestAZ