XƏBƏR LENTİ
26 Noyabr 2025
25 Noyabr 2025
24 Noyabr 2025
23 Noyabr 2025
21 Noyabr 2025
20 Noyabr 2025
19 Noyabr 2025
18 Noyabr 2025
17 Noyabr 2025



Yeniyetmə və gənc samboçularımız Avropa çempionatını 7 medalla başa vurdular 
İdman 15:41 / 13.05.2024

Serbiyanın Novi Sad şəhərində keçirilən sambo üzrə gənclər və yeniyetmələr arasında Avropa çempionatı başa çatıb.

Azərbaycan Sambo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, millimiz turniri7 medalla başa vurub.

Komandamız gənclərin yarışında 3 medal (2 gümüş və 1 bürünc), yeniyetmələrin mübarizəsində isə 4 medal (4 bürünc) əldə edib.

Belə ki, gənclərdə Nicat Rəhimov (64 kq), Xudabaxış Əliyev (71 kq) gümüş, Pünhan Göyüşov (79 kq) bürünc, yeniyetmələrdə isə İsmayıl Əlipənahov (53 kq), Nicat Süleymanlı (64 kq), Roman Qarayev (79 kq) və Hacbaba İmaməliyev (+98 kq) bürünc medal qazanıb.

Beləliklə, Azərbaycanın sambo milliləri Avropa çempionatında 10 medal (1 qızıl, 2 gümüş, 7 bürünc) qazanıb. Xatırladaq ki, daha əvvəl böyüklərdən Elvin Bağırov (64 kq) qızıl, Nicat Məmmədli (58 kq) və Rəsul Aydəmirov (98 kq) bürünc medala sahib çıxmışdı.


19667 oxunub

InvestAZ