XƏBƏR LENTİ
08 Noyabr 2025
07 Noyabr 2025
06 Noyabr 2025
05 Noyabr 2025
04 Noyabr 2025
03 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025



Sabah Şəriəti: “Parisə medal qazanmaq üçün gedəcəyəm”
İdman 22:37 / 09.05.2024

"Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandığıma görə çox sevinirəm”.

Bu sözləri Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə lisenziya xarakterli Dünya Olimpiya Təsnifat turnirində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan yunan-Roma güləşçimiz Sabah Şəriəti deyib.

130 kq çəki dərəcəsində qüvvəsini sınayan yunan-Roma güləşçimiz mübarizənin gərgin keçdiyini, lakin buna baxmayaraq sonda istəyinə nail olduğunu qeyd edib:

"Gərgin görüşlər keçirdim. Ən çətin görüşüm sözsüz ki, ikiqat dünya, Avropa mükafatçısı litvalı güləşçi ilə oldu. Məşqçilərimlə görüşdən əvvəl məsləhətləşdim. Onların verdiyi tövsiyyələr özünü doğrultdu. İkinci dəfə Olimpiya Oyunlarında iştirak edəcəyəm. Cavan deyiləm ki, olimpiadaya yalnız iştirak etmək üçün yollanım. Buna qədər 2016-cı ildə təşkil olunan Rio Olimpiadasında bürünc medal qazanmışam. Parisə də medal qazanmaq üçün gedəcəyəm. Bütün gücümlə çalışacağam ki, Fransadan medalla qayıdım”.


19891 oxunub

InvestAZ