XƏBƏR LENTİ
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026
20 Fevral 2026
19 Fevral 2026



AKAF “Push30” ilə əməkdaşlığa başladı
İdman 12:57 / 13.05.2024

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ilə "Push30” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbut xidmətindən verilən məlumata görə,mayın 12-də "Dədə Qorqud” parkında master-klass ictimai layihə təşkil olunub. Layihənin şərtlərinə əsasən "Instagram” üzərindən "Push30.az” səhifəsində qeydiyyatdan keçən 250 nəfərdən çox sakin təlim qayıqlarında avar çəkiblər. Avarçəkmə idmanı paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, razılaşmaya əsasən "Push30”da olan idman növləri sırasına avarçəkmə də daxil edilib. Artıq "Push30”da QR kod vasitəsi ilə avarçəkmə idmanını seçərək məşqlərə qoşulmaq olar. Məşqlər Bakı bulvarında Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının yaxınlığında hər gün keçirilir.


21212 oxunub

InvestAZ