XƏBƏR LENTİ
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



Cüdoçularımız “Böyük Dəbilqə” turnirində mübarizəyə başlayırlar
İdman 11:34 / 10.05.2024

Bu gün Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə "Böyük Dəbilqə" turniri start verilib. 84 ölkədən 450 (235 kişi, 215 qadın) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan cüdoçuları da qüvvələrini sınayırlar.

Komandamız turnirdə 15 (12 kişi, 3 qadın) cüdoçu ilə təmsil olunur.

Yarışın ilk günündə komndamızın 7 cüdoçusu 4 çəki dərəcəsində mübarizəyə başlayacaq.

Təmsilçilərimizdən kişilər arasında Əhməd Yusifov, Nazir Talıbov (hər ikisi 60 kq), Ruslan Paşayev, Kamran Süleymanov (hər ikisi 66 kq) tatami üzərinə çıxacaq. Qadınların mübarizəsində isə Leyla Əliyeva (48 kq), Açelya Toprak və Fidan Əlizadə (hər ikisi 57 kq) mübarizə aparacaq.

Tuirnirə mayın 12-də yekun vurulacaq.


12894 oxunub

InvestAZ