XƏBƏR LENTİ
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025
28 Oktyabr 2025
27 Oktyabr 2025
24 Oktyabr 2025
23 Oktyabr 2025
22 Oktyabr 2025



Boks millimiz “Elorda Cup”a yollanıb
İdman 16:56 / 14.05.2024

Boks üzrə Azərbaycan milli komandası Qazaxıstanın paytaxtı Astanada beynəlxalq turnirdə mübarizə aparacaq.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, bu gün start götürəcək "Elorda Cup”da yığmamızın 6 idmançısı gücünü yoxlayacaq.

Məşqçilər korpusu yarışda Nicat Hüseynov (54 kq), Kamil Babayev (57 kq), Ramazan Abdullayev (63,5 kq), Rasim Çobanlı (75 kq), Murad Allahverdiyev (86 kq) və Məhəmməd Abdullayevi (+92 kq) sınayacaq.

"Elorda Cup”da İlqar Qasımzadə isə hakimlər sırasında yer alacaq.

Turnirinfinal görüşləri mayın 18-də olacaq.

Qeyd edək ki, turnirdə Azərbaycan və Qazaxıstanla yanaşı, Mərakeş, Çin, Yaponiya, Hindistan, Koreya, İran, Monqolustan, Özbəkistan, Tacikistan və Qırğızıstan yığmaları iştirak edir.


26559 oxunub

InvestAZ