XƏBƏR LENTİ
30 May 2024
29 May 2024
28 May 2024
27 May 2024
24 May 2024
23 May 2024



Boksçularımız üçün yeni sınaq
İdman 13:19 / 14.05.2024

Bu gün Rusiyanın Xabarovsk şəhərində boks üzrə Konstantin Korotkov Memorialına start veriləcək.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, beşgün davam edəcək yarışda Azərbaycan millisi 6 idmançı ilə təmsil olunacaq.

Məşqçilər korpusu beynəlxalq turnirdə Ümid Rüstəmov (57 kq), Maqsud Xasmetov, Əzrək Bəbirov (hər ikisi 60 kq), Ruslan Rüstəmov (63,5 kq), İlqar Salahov (67 kq) və Mirşərif Kazımzadəyə (75 kq) şans verəcək.

Memorialda Rusiya və Azərbaycanla yanaşı, Özbəkistan, Qırğızıstan, Tacikistan, Monqolustan, Belarus və Serbiya boksçuları da mübarizə aparacaqlar.

Turnirdə ölkəmizi hakim kimi isə Qalib Əbiyev təmsil edəcək.


2189 oxunub

InvestAZ