XƏBƏR LENTİ
24 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026



Kişi voleybolçularımız İslamiadaya qələbə ilə başladılar
İdman 13:45 / 09.08.2022
Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası V İslam Həmrəyliyi Oyunlarında ilk matçına çıxıb. A qrupunda yer alan Pərviz Səmədovun baş məşqçisi olduğu komandamız ilk matçda Sudanla üz-üzə gəlib. Görüş komandamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb. İlk setdə 25:13 hesabı ilə qalib gələn voleybolçularımız ikinci hissəni 25:20 hesabı ilə aktivinə yazıb. Üçüncü set isə 25:22 hesabı ilə komandamızın xeyrinə başa çatıb.
Qeyd edək ki, millimizin yer aldığı A qrupunda Sudandan əlavə, Kamerun və Mərakeş yığmaları mübarizə aparır. Komandamızın növbəti matçı avqustun 11-də Kameruna qarşı olacaq. Görüş Bakı vaxtı ilə 20:00-da başlayacaq.

26346 oxunub

InvestAZ