XƏBƏR LENTİ
29 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Tamblinqçimiz dünya kubokunda qızıl medala sahib çıxdı
İdman 12:27 / 28.06.2022
Portuqaliyanın Koimbra şəhərində batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışı və "Сoimbra Gym Fest 2022” adlı beynəlxalq turnir keçirilib. Dünya kuboku yarışında ölkəmizi Selcan Mahsudova, Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə, beynəlxalq turnirdə isə Maqsud Mahsudov, Hüseyn Abbasov, Bilal Qurbanov, Aleksey Karataşov və Hüseyn Əsədullayev təmsil edib.

Dünya kuboku yarışında komandamıza yeganə medalı tamblinqçimiz Mixail Malkin qazandırıb. İdmançımız bütün rəqiblərini üstələyərək fəxri kürsünün birinci pilləsində yer alıb. Bu növ üzrə finalda mübarizə aparan tamblinqçimiz Tofiq Əliyev və batutçumuz Selcan Mahsudova isə yarışı beşinci pillədə başa vurublar.

Beynəlxalq turnirdə fərdi növdə mübarizə aparan yığma komandamızın üzvləri Maqsud Mahsudov (batut), Aleksey Karataşov (tamblinq) qızıl, Bilal Qurbanov (tamblinq) isə gümüş medal qazanıblar.

33801 oxunub

InvestAZ