XƏBƏR LENTİ
11 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026



Karateçilərimiz Avropa çempionatında iştirak edəcəklər
İdman 14:16 / 19.05.2022
Sabah Bolqarıstanın Albena Kranevo şəhərində Dünya Şotokan Federasiyasının (WSF) 12-ci Avropa çempionatı start götürəcək. 3 gün davam edəcək yarışda 14 ölkədən 803 idmançı mübarizə aparacaq. Qitə çempionatında 8 yaşlı uşaqlardan tutmuş 53 yaşadək veteranlar iştirak edəcək. Komandamız yarışda 60-dək karateçi ilə təmsil olunacaq. Komandamızın heyətində müxtəlif regionların klublarından idmançılar da yer alıblar.

WSF-in İcraiyyə Komitəsinin üzvü və beynəlxalq təşkilatın Azərbaycanda rəsmi nümayəndəsi Rənad Əliyevin rəhbərlik etdiyi heyətdə iki hakim də yer alıb. Beynəlxalq hakim Mircabbar Seyidov və milli dərəcəli hakim Siyavuş Bayramov yarışı idarə edənlər arasında olacaq.

29614 oxunub

InvestAZ