XƏBƏR LENTİ
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Kikboksinqçilərimiz Türkiyədə 49 medal qazanıblar
İdman 09:59 / 17.05.2022
İstanbulda yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında keçirilən kikboksinq üzrə dünya kuboku yarışı sayılan "Turkish Open" beynəlxalq turnirində idmançılarımız uğurla çıxış ediblər.
Kiksboksinqçilərimiz qardaş ölkədə 49 medal qazanıblar. Bunlardan 13-ü qızıl, 9-u gümüş və 27-si bürünc medaldır. Bu nəticə ilə Azərbaycan yarışda ən yaxşı nəticə göstərən beşinci ölkə olub.
İlk dəfə bu yarışda kikboksinqin "point faytinq” növü üzrə yarışan millimiz 6 bürünc medal qazanıb. Həmin idmançılar ölkəmizi Konyada keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında təmsil edəcəklər.
Kikboksinq üzrə millimizin İslamiadadan öncə daha bir beynəlxalq yarışda çıxışı gözlənilir. Belə ki, təmsilçilərimiz iyunun 2-5-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək növbəti dünya kuboku yarışında güclərini sınayacaqlar.

27317 oxunub

InvestAZ