XƏBƏR LENTİ
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026
05 Yanvar 2026
03 Yanvar 2026
01 Yanvar 2026
29 Dekabr 2025



Veteran stolüstü tennisçilər xatirə turnirində bir araya gəldilər
İdman 11:43 / 10.05.2022
Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar məşqçi, Beynəlxalq dərəcəli hakim Sara Sultanovanın xatirəsinə həsr olunan stolüstü tennis turniri keçirilib. "Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən yarışda veteran idmançılar mübarizə aparıblar. Turnirin yekun nəticələrinə görə, qadınların yarışında Billurə Eminova bütün rəqiblərindən üstün olaraq qalib adını qazanıb. Rüfət Əliyeva ikinci, Xəyalə Qiyasova isə üçüncü yerə sahib çıxıb.
Zaur Mikayılov 40-49 yaşlı kişilərin turnirində çempion tituluna yiyələnib. Məzahir Həsənov 50-59, İlham Ağayev 60 və yuxarı yaş qrupunda çempionatın qalibi olub. Qoşa yarışlarda isə Rəhim Hüseynov – Əli Heydəri cütlüyü birinci yeri tutub.
Yarışın qalibləri Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən mükafatlandırılıblar.
Qeyd edək ki, turnirin əsas məqsədi veteran idmançıların sağlamlığının möhkəmləndirilməsi, fəal həyata cəlb edilməsi, idman ustalığının qorunub saxlanılması və stolüstü tennisin geniş kütlə arasında təbliğidir.

26650 oxunub

InvestAZ