XƏBƏR LENTİ
19 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Pekin-2022: İlk gündə 13 ölkənin idmançıları fəxri kürsüdə yer aldı 
Olimpiya oyunları 10:15 / 06.02.2022
Pekin-2022 Qış Olimpiya Oyunlarının birinci günündə 13 ölkənin idmançıları medal qazanıblar. Medal siyahısına Norveç komandası liderlik edir. Bu ölkənin idmançıları 2 qızıl medal qazanıblar. Sloveniya təmsilçiləri 1 qızıl və 1 bürünc medalla ikinci pillədə yer alıblar. Niderland, İsveç və Çin 1 qızıl medalla 3-5-ci yerləri bölüşürlər.
Fevralın 20-dək davam edəcək Qış Olimpiya Oyunlarında 91 Milli Olimpiya Komitəsindən 2 min 800-dən çox atlet idmanın 15 növü üzrə 109 dəst medal uğrunda mübarizə aparır.
Azərbaycan milli komandası "Pekin-2022”də 2 idmançı ilə təmsil olunur. Bunlar fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabovadır. V.Litvintsev fevralın 8-də və 10-da buz üzərinə çıxacaq. Y.Ryabova isə fevralın 15-də və 17-də bacarığını nümayiş etdirəcək.

57766 oxunub

InvestAZ