XƏBƏR LENTİ
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Boksçularımız Volqoqradda 13 medala sahib çıxdılar
İdman 11:00 / 26.11.2021
"Təhsil” RİM-in 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) komandası Volqoqrad şəhərində keçirilən boks üzrə beynəlxalq turnirdə uğurla çıxış edib. 2006-2007-ci illər təvəllüdlü boksçuların yarışında komandamız ümumilikdə 5 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıblar. Nihad Qasımov (38,5 kq), Pərviz Aram (42kq), Sabir Dadaşov (46 kq), Əlizadə Şahbazlı (52kq), Murad Seyidli (57 kq) turnirin qalibi olublar. Fərid İsmayılzadə (44 kq), Rauf Allahverdiyev (50 kq), Eltun Məmmədli (60 kq), Emil Xanəhmədli (75 kq) gümüş, Ayaz Tağızadə (44 kq), Elgün Əliyev (48 kq), Elmir İsmayılov (66 kq), Fərid İsmayılov (+80 kq) bürünc medal qazanıblar.
Yarışda Azərbaycan boksçuları ilə yanaşı, Rusiya, Belarus və Moldova komandaları da mübarizə aparıblar.

43143 oxunub

InvestAZ