XƏBƏR LENTİ
26 Oktyabr 2021
21 Oktyabr 2021
20 Oktyabr 2021
19 Oktyabr 2021
18 Oktyabr 2021
15 Oktyabr 2021
14 Oktyabr 2021
13 Oktyabr 2021



Millimiz səfərdə qrup liderinə məğlub oldu
İdman 09:05 / 13.10.2021
Futbol üzrə milli komandamız dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçiriib. A qrupunda yer alan komandamız Belqraddakı Rayko Mitiç stadionunda Serbiya yığması ilə qarşılaşıb. Belçikadan olan hakimlər briqadasının idarə etdiyi oyunda komandamız növbəti məğlubiyyətini alıb. Millimiz qrup liderinə qarşı səfər oyununda 3:1 hesabı ilə məğlub olub. Oyunda hesabı meydan sahibləri açıblar. Matçın 30-cu dəqiqəsində Duşan Vlahoviç penaltidən fərqlənib. İlk hissəsinin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Emin Mahmudov hesabı bərabərləşdirib. İlk hissə bu hesabla başa çatıb.
İkinci hissəyə Serbiya millisi daha fəal başlayıb. Bunun məntiqi nticəsi olaraq oyunun 53-cü dəqiqəsində dubl edən D.Vlahoviç komandasını hesabda önə keçirib. Qarşılaşmanın 83-cü dəqiqədə meydan sahiblərinin kapitanı Duşan Tadiç penaltidən fərqlənib. Bu, matçda vurulan sonuncu qol olub.
Beləliklə, Azərbaycan millisi səfərdə Serbiya yığmasına 1:3 hesabı ilə məğlub olub.
Xatırladaq ki, bu komandaların Bakıdakı oyununda Serbiya 2:1 hesabı ilə qalib gəlib. Hazırda aktivində 1 xalı olan Azərbaycan millisi qrupda sonuncu – beşinci pillədə yer alıb. Serbiya isə 17 xalla A qrupuna başçılıq edir.

1123 oxunub

InvestAZ