XƏBƏR LENTİ
26 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026



Voleybol Federasiyasının nümayəndəsi Çempionlar Liqasının oyununa təyinat alıb
İdman 12:26 / 11.10.2021
Avropa Voleybol Konfederasiyası tərəfindən Azərbaycan Voleybol Federasiyasının (AVF) beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişmana növbəti dəfə etimad göstərilib.
M.Frişman Belarusun paytaxtı Minskdə qadın voleybolçular arasında Çempionlar Liqasının ikinci raundunun "Minçanka Minsk” - "Olimpiakos Piraeus” (Yunanıstan) oyununda supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Oktyabrın 14-də "Uruçye” İdman salonunda keçiriləcək qarşılaşmanın hakimləri ukraynalı Andrii Kovalçuk və rusiyalı Alexander Ryabtsov olacaqlar.
Qeyd edək ki, komandalar arasında Yunanıstanda təşkil olunan oyun "Olimpiakos Piraeus”un 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

28983 oxunub

InvestAZ