XƏBƏR LENTİ
26 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Qadın güləşçilərimiz dünya çempionatına hazırlaşırlar
İdman 12:00 / 17.09.2021
Oktyabrın 2-dən 10-dək Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı keçiriləcək. Mundialda qadınlardan ibarət millimizin bir neçə üzvü də iştirak edəcək. Hazırda yığmamız baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Bakıda təlim-məşq toplanışı keçir.
Olimpiya Güləş Mərkəzində baş tutan məşqlər həftədə 6 dəfə olmaqla keçirilir. Məşqçilər korpusunun tərtib etdiyi proqrama əsasən, həftənin 3 günü gündəlik 2 məşq, digər 3 günündə isə 1 məşq reallaşır. Dünya çempionatına hazırlıq xarakteri daşıyan təlim-məşq toplanışı oktyabrın 2-dək davam edəcək.
Qeyd edək ki, Osloda qadın güləşçilərin mübarizəsi oktyabrın 4-7-də təşkil olunacaq.


34765 oxunub

InvestAZ