XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Olimpiadanın ilk qızılını çinli idmançı qazandı​
İdman 09:19 / 24.07.2021

Tokio-2020 Yay Olimpiya Oyunlarının ilk qızıl medalını Çin idmançısı qazanıb.

Qadınlar arasında 10 metr məsafəyə tapançadan atəşaçma yarışlarında çinli Qian Yang 251,8 xalla bütün rəqiblərini qabaqlayaraq Olimpiya çempionu olub.

Beynəlxalq Olimpiya Komitəsinin komandasının üzvü, rusiyalı Anastasiya Qalaşina gümüş, İsveçrə atıcısı Nina Kristen isə bürünc medal qazanıblar.

Qeyd edək ki, Q.Yang bu nəticə ilə yeni Olimpiya rekordu müəyyənləşdirib.


30523 oxunub

InvestAZ