XƏBƏR LENTİ
07 Noyabr 2025
06 Noyabr 2025
05 Noyabr 2025
04 Noyabr 2025
03 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025
28 Oktyabr 2025
27 Oktyabr 2025



Ronaldo üzr istədi
İdman 18:52 / 30.03.2021
Braziliyalı hücumçu, hazırda "Real Valyadolid” klubunun prezidenti olan Ronaldo 2002-ci ildə futbol üzrə dünya çempionatından əvvəl etdiyi qeyri-adi saç düzümü barədə danışıb.
"Mən övladları belə saç düzümü edən analardan üzr istəyirəm. Məsələ burasındadır ki, mən dünya çempionatından əvvəl zədə almışdım və bu barədə Braziliya mətbuatına məlumat verməmişdim. Buna görə də, belə saç düzümü etdim. Həmin vaxt komanda yoldaşlarımdan "Bu sizin xoşunuza gəlir?” deyə soruşdum. Onlar isə "yox, bu bir fəlakətdir! Kəs bunu”,- deyə bildirmişdilər. Lakin jurnalistlər mənim saç düzümümü gördükdən sonra zədə barədə unutmuşdular”, - deyə Ronaldo bildirib.
Xatırladaq ki, Ronaldo həmin dünya çempionatında ən yaxşı bombardir olmuşdu. Onun hesabında 8 qol var idi. Futbolçunun şərəfini qoruduğu Braziliya millisi isə dünya çempionu adını qazanmışdı.

28210 oxunub

InvestAZ