XƏBƏR LENTİ
23 Yanvar 2026
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026



“Popkorn” pasportu yeməsəydi...
İdman 14:08 / 30.03.2021
"Mançester Yunayted”in futbolçusu Aleks Telles başına gələn maraqlı bir əhvalat danışıb. 28 yaşlı müdafiəçi "Qremio”da çıxış edərkən iti onun passportunu yediyi üçün səfər matçına gedə bilməmək təhlükəsi yaşadığını deyib: "Dostum Cekson Follmanla birgə yaşayırdım. Həmin vaxtlar çox şeyi birlikdə öyrənirdik. İtim "Popkorn”la yeni dostlaşmışdım. Amma o, hər şeyi məhv etdi. Bir gün səyahətdən gəlirdim və Cekson mənə "Popkorn”un mənim pasportumu yediyini dedi. Məsələnin ən pis tərəfi o idi ki, səhəri gün Libertadores kubokunun matçı üçün səfər etməli idik. Yəni, təzə pasport çıxartmaq üçün qaçmaq lazım idi”.
32007 oxunub

InvestAZ