XƏBƏR LENTİ
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026



Tomas Bax yenidən BOK-un prezidenti seçildi
Olimpiya oyunları 10:11 / 11.03.2021
Tomas Bax ikinci dəfə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti seçilib. Seçki BOK-un 137-ci sessiyası çərçivəsində təşkil olunub. Səsvermə zamanı 93 nəfər onun lehinə, bir nəfər isə əleyhinə səs verib. T.Bax bu posta yeganə namizəd olub. O, növbəti 4 il müddətində quruma rəhbərlik edəcək.
Sessiyanın əvvəlcə Afinada keçirilməsi planlaşdırılsa da, lakin koronavirus pandemiyası səbəbindən tədbir onlayn baş tutub. Bu formada iclas, təşkilatın bir əsrdən çox tarixi ərzində ikinci dəfə keçirilir.
Altmış yeddi yaşlı Tomas Bax 2013-cü ildə Buenos Ayresdə BOK prezidenti seçilib. O, bu vəzifədə belçikalı Jak Roqqu əvəz edib. Sessiya martın 12-də başa çatacaq. İclasda, həmçinin 2025-ci ilədək Olimpiya hərəkatının 15 bənddən ibarət olan inkişaf strategiyası təsdiqlənəcək. Bu, 2013-cü ildə təsdiqlənmiş proqramın davamı olacaq.

56273 oxunub

InvestAZ