XƏBƏR LENTİ
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026



Parisdə fərqlənənlər Tokioya gedəcəklər
İdman 10:03 / 03.03.2021
Boks üzrə Avropa Olimpiya təsnifat turnirinin yeri və vaxtı dəqiqləşib. Tokio Yay Olimpiya Oyunlarına vəsiqələrin sahibləri Parisdə müəyyənləşəcək. Yarış iyunun 4-də start götürəcək və 8-də başa çatacaq. Amerika Olimpiya təsnifat turniri isə mayın 10-16-da Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq.
Qeyd edək ki, Avropa Olimpiya təsnifat turniri ötən il martın 14-də başlamışdı. Londonda keçirilən yarış koronavirus pandemiyası səbəbindən üç gündən sonra dayandırılmışdı. Azərbaycan millisinin heyətində hələlik Tayfur Əliyev (57 kq) Olimpiadada iştirak hüququ qazanıb.

30495 oxunub

InvestAZ