XƏBƏR LENTİ
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



“Vüqar Həşimov” Avropa Kubokunda yarışacaq
İdman 14:43 / 26.02.2021
Martın 27-də onlayn şahmat üzrə klublar arasında Avropa Kuboku uğrunda turnirə start veriləcək.
Yarışda mərhum şahmatçımız Vüqar Həşimovun adını daşıyan "Vüqar Həşimov” şahmat klubu da iştirak edəcək.
Ənənəvi turnirdə təmsilçimizin heyətində Avropa çempionu Rauf Məmmədov, Vüqar Əsədli, yeniyetmələrin dünya birinciliyinin qalibi, Ümumdünya Şahmat Olimpiadasının qızıl medalçıları Aydın Süleymamlı və Əhməd Əhmədzadə, eləcə də Ülvi Sadıxov iştirak edəcəklər. Yaxın günlərdə heyətə daha bir şahmatçının cəlb olunacağı gözlənilir.
Kapitan FİDE məşqçisi Anar Allahverdiyev olacaq.
Qeyd edək ki, yarış martın 31-də başa çatacaq.

33485 oxunub

InvestAZ