XƏBƏR LENTİ
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026



Yaponiyanın Tokio-2020-ni ləğv etməsi təkzib edildi
Olimpiya oyunları 10:22 / 23.01.2021
Bir müddət əvvəl Yaponiya hakimiyyəti koronavirus pandemiyası səbəbi ilə Tokioda keçirilməsi planlaşdırılan Olimpiya Oyunlarının ləğv olunmasının zəruri olduğu barədə məlumat yayılmışdı. Məlumata görə, hazırda əsas fikir Oyunların Tokioda uyğun olan 2032-ci ildə keçirilməsini təmin etməyə yönəldilmişdi.
Lakin Yaponiya hökumətinin baş katibinin müavini Manabu Sakai Tokioda Olimpiya Oyunlarının ləğvi ilə bağlı gizli qərar qəbul etdiyi barədə məlumatı təkzib edib.
"Mən qəti sürətdə bu məlumatı təkzib edirəm. Belə ki, bu xəbər həqiqətləri əks etdirmir”, - deyə M.Sakai bildirib.
Xatırladaq ki, Tokioda Yay Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməsi nəzərdə tutulmuşdu. Lakin bütün dünyada yayılan COVİD-19 pandemiyası səbəbi ilə Oyunların 2021-ci il iyulun 23-dən avqustun 8-dək keçirilməsi planlaşdırılır. Qeyd edək ki, Oyunların adı Tokio-2020 olaraq qalacaq.

54364 oxunub

InvestAZ