XƏBƏR LENTİ
17 Aprel 2024
16 Aprel 2024
15 Aprel 2024
14 Aprel 2024



Olimpiya Oyunlarının yeni büdcəsi açıqlanıb
Olimpiya oyunları 14:42 / 23.12.2020
Tokioda keçirilməsi planlaşdırılan Olimpiya və Paralimpiya oyunlarının ümumi büdcəsi bir il təxirə salınması ilə əlaqədar 15,8 milyard dollara yüksəlib. Bu barədə Kyodo agentliyi məlumat verib. Bu, ilkin məbləğdən təxminən 2,85 milyard dollar çoxdur. Məbləğin böyük hissəsi idman obyektlərinin abadlaşdırılması və Olimpiya kəndinə xidmət göstərilməsi üçün istifadə ediləcək. 931 milyon koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün sərf olunacaq.

Xatırladaq ki, BOK və Tokio Olimpiya Oyunlarının Təşkilat Komitəsi bu il mart ayının sonunda pandemiya səbəbi ilə Olimpiadanın 2021-ci ilə təxirə salındığını bəyan etmişdi. Hazırda oyunlar 2021-ci il iyulun 23-dən avqustun 8-dək keçirilməsi nəzərdə tutulur.

46711 oxunub

InvestAZ