XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Olimpiya Oyunlarına əlavə vəsait ayrılacaq
Olimpiya oyunları 15:06 / 29.11.2020
Yaponiya gələn il Tokioda keçiriləcək Olimpiya Oyunlarına əlavə vəsait ayıracaq. Məlumata görə, bu məbləğ təxminən 200 milyard yen (1,92 milyard dollar) təşkil edəcək.
Bildirilir ki, əlavə vəsait əsasən, icarəverənlərlə müqavilələrin kompensasiyasına, muzdlu işçilərə və biletləri qaytarmaq istəyən tamaşaçılara sərf ediləcək.
Xatırladaq ki, oktyabrın əvvəllərində Təşkilat Komitəsi Oyunların təşkili zamanı təqribən 30 milyard yen (284 milyon dollar) vəsaitə qənaət etməyi planlaşdırır. Buna Oyunlarda iştirakı nəzərdə tutulan əcnəbi rəsmi nümayəndələrin və Beynəlxalq Olimpiya Komitəsinin üzvlərinin 10-15 faiz ixtisarı yolu ilə nail olmaq nəzərdə tutulur. Bununla yanaşı, Oyunlar zamanı idman obyektlərinin işıqlandırılması üçün sərf olunan elektrik enerjisinə qənaət yolu ilə də həmin xərcləri azaltmağın mümkünlüyü araşdırılır.
Qeyd edək ki, bu il ilin yayında Tokioda keçirilməsi planlaşdırılan Yay Olimpiya Oyunları COVİD-19 pandemiyası səbəbi ilə bir il təxirə salınıb. Oyunların keçirilməsi 2021-ci il iyulun 23-dən avqustun 8-dək planlaşdırılır. Həmçinin qeyd edək ki, Oyunların adı Tokio-2020 olaraq saxlanılacaq.
Bundan əlavə, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Olimpiya Oyunlarının iştirakçılarına vaksin vurulacağını vəd edib.

29837 oxunub

InvestAZ