XƏBƏR LENTİ
07 Noyabr 2025
06 Noyabr 2025
05 Noyabr 2025
04 Noyabr 2025
03 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025
28 Oktyabr 2025
27 Oktyabr 2025



Millət vəkili şəhid idmançının ailəsini ziyarət etdi
İdman 18:51 / 16.11.2020
Alpaqutçu şəhid qardaşımız Emil Şamilovun ailəsini ziyarət etdik.
Bunu sözləri millət vəkili Qənirə Paşayeva bildirib:

"Şəhidimiz mənim də rəhbərliyində olduğum Dünya Alpaqut Federasiyası sıralarından Böyük Vətən Müharibəsinə getmiş 31 cəsur alpaqutçudan biriydi. 31 alpaqutçudan Emil Şamilov daxil olmaqla 5 qardaşımız şəhadət şərbəti içib.

Emil tanınmış hakim idi, eləcə də, döyüşçü kimi də tatamiyə çıxardı. Hər iki halda öz peşəkarlığı ilə seçilərdi...

Belə peşəkar uğurlarının birində onun mükafatını mən təqdim etmişdim.

Emil Şamilov Dövlət Himnimizdə deyildiyi kimi, öz hüquqlarından Vətən adına keçərək qəhrəman oldu. Biz qəhrəman şəhidimizin ailə üzvləri ilə görüşdə, "Öncə Vətən!" ruhunun onun bütün doğmalarının varlığına hakim kəsildiyini gördük.

Şəhidlərimizin ailə üzvləri də özləri kimi əzizdir, doğmadır.

Ziyarət zamanı şəhid vətən övladlarının ruhuna əbədi ehtiramımızı bir daha ifadə edərkən, hər zaman ailə üzvlərinin yanında olacağımızı bildirdik.

Ali Baş Komandanımız, ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə üstün münasibəti bizlər üçün bir nümunədir. O nümunədən öyrənirik və öz mənəvi məsuliyyətimizi hiss edirik.

Bir daha bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, ailələrinə səbr diləyirik.

Vətən sağ olsun!"

30913 oxunub

InvestAZ