XƏBƏR LENTİ
24 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026



“Barselona”nın keçmiş futbolçusu karyerasını bitirdiyini açıqladı
İdman 15:50 / 16.11.2020
Argentina millisinin, İngiltərə "Liverpul"u və İspaniya "Barselona"sının sabiq futbolçusu Xavyer Maskerano karyerasını başa vurub.
Bu barədə 36 yaşlı yarımmüdafiəçi "Goal" nəşrinə açıqlamasında deyib.
O bildirib ki, artıq futbolla vidalaşmağın vaxtı çatıb: "Son aylarda baş verənləri nəzərə alsaq, bu, ən düzgün qərardır. Hər zaman meydanda var gücümü ortaya qoymuşam. Bu gün eyni şeyləri etməyin mənim üçün çətin olduğunu görürəm. Mənə yenidən oynamaq şansı verən "Estudiantes" klubuna hörmətsizlik etmək istəmirəm".
Qeyd edək ki, Argentina yığmasında 140-dan çox oyun keçirmiş Maskerano 2014-cü ildə Braziliyada keçirilmiş dünya çempionatının gümüş medallarını qazanıb. O, həmçinin millinin heyətində 2 dəfə olimpiadanın qalibi olub.


31052 oxunub

InvestAZ