XƏBƏR LENTİ
26 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



MBA klublarının maliyyə itkiləri hesablanıb
İdman 13:39 / 20.10.2020
Koronavirus pandemiyası bu il bütün idman yarışlarına olduğu kimi, basketbol liqalarına da ciddi təsir göstərib. Bu mənada Milli Basketbol Assosiasiyasını (MBA) xüsusi fərqləndirə bilərik. Dünyanın ən nüfuzlu basketbol turnirində iştirak edən komandalar ili ciddi maliyyə itkisi ilə başa vurmaq üzrədir.
MBA-da mövsüm başa çatsa da, koronavirus pandemiyası çempionatın normal şəraitdə keçirilməsinə mane olub. Bəşəri bəla liqanın bütün komandalarının planlarına mənfi təsir göstərib. Klublar ciddi maliyyə itkiləri ilə üzləşib. Müntəzəm çempionatın yarımçıq dayandırılması, daha sonra komandaların Orlandoya yığışıb qapalı məkanda çempionata davam etməsi məcburiyyətdən atılan addım idi. Ən əsası liqanın azarkeşsiz davam etdirilməsi klubların müflisləşməsinə səbəb olub.
Amerika mətbuatı klubların bu müddət ərzində maliyyə itkilərini hesablayıb. Pandemiyaya görə liqanın 30 komandası 694 milyon dollar itirib. Ən çox maliyyə itkisi ilə isə mövsümü çempion kimi başa vuran "Los-Anceles Leykers” klubu üzləşib. Lebron Ceymsin çıxış etdiyi komanda mövsümü 52,7 milyon dollar ziyanla başa vurub. "Nyu-York Niks” 45 milyon, "Qolden Steyt” 42,5 milyon dollar itirib. Ən az ziyan çəkən klub "Memfis” olub. Komandanın itkisi 10,4 milyon avro dəyərində qiymətləndirilib.

32261 oxunub

InvestAZ