XƏBƏR LENTİ
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026



Universiadanın könüllülərlə bağlı proqramı hazırlanacaq
İdman 12:17 / 08.10.2020
Ural Federal Universiteti (UFU) və "Universiada-2023”ün təşkilatçıları Yekaterinburqda keçiriləcək Oyunlar üçün könüllülərlə bağlı proqram hazırlayacaqlar.
Bu barədə "Universiada-2023”ün icraçı direktoru Aleksandr Çernov məlumat verib. O qeyd edib ki, "Universiada-2023” İcraiyyə Komitəsi ilə UFU arasında bu barədə razılaşma imzalanacaq.
Universiadanın Yekaterinburqda keçirilməsi ilə bağlı qərar 2019-cu il iyulun 2-də Beynəlxalq Universitet İdmanı Federasiyasının (FISU) İcraiyyə Komitəsi tərəfindən verilib.
Qeyd edək ki, XXXI Ümumdünya Yay Universiadası 2021-ci ildə Çinin Çendu şəhərində təşkil olunacaq. Ötən il İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında Azərbaycan milli komandası 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 18-ci yerdə qərarlaşıb.


31497 oxunub

InvestAZ