XƏBƏR LENTİ
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026



Güləş hakimləri üçün növbəti seminar
İdman 17:41 / 17.09.2020
Azərbaycan Güləş Federasiyasının növbəti onlayn seminarı keçirilib. Sayca 5-ci dəfə təşkil olunan vebinarda Hakimlər Kollegiyasının sədri Qərib Əliyev əvvəlcə güləşdə risk hallarına aydınlıq gətirib. Daha sonra mövzuya uyğun videolarla epizodlar ətraflı izah edilib. Seminarın sonlarına doğru isə Azərbaycan çempionatının bəzi qarşılaşmalarındakı mübahisəli epizodlar müzakirə olunub və bu epizodlarda hakimlərin verdiyi qərarlar qiymətləndirilib.
Qeyd edək ki, müxtəlif vəziyyətlərin dəyərləndirilməsində birinci kateqoriyalı beynəlxalq dərəcəli hakim İntiqam Əliyev də yaxından iştirak edib və fikirlərini çatdırıb.

33331 oxunub

InvestAZ