XƏBƏR LENTİ
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Stronqmen və “strict curl” üzrə Azərbaycan çempionatları keçirilir
İdman 12:06 / 12.09.2020
Sentyabrın 12-də Bakı Su İdmanı Sarayının ərazisində güc idman növləri - stronqmen və "strict curl” üzrə Azərbaycan çempionatlarına start verilib.
Karantin qaydalarına uyğun təşkil olunan yarışdan əvvəl hər bir iştirakçı koronavirus testindən keçib. Yarış zamanı bütün idmançılar, eləcə də məşqçilər, hakimlər və rəsmilərin hərarəti ölçüləcək, dezinfeksiyaedici məhlullardan istifadə olunacaq. Turnir tibbi maskadan istifadə və sosial məsafə gözlənilməklə açıq havada təşkil edilib.
Üç hərəkət və dörd çəki dərəcəsi üzrə (80, 95, 110 kq və +110 kq) təşkil olunan stronqmen çempionatının baş hakimi beynəlxalq dərəcəli hakim Eldar Məmmədovdur. Yarışda 20 idmançı gücünü sınayır.
"Strict curl” yarışlarında isə idmançılar U-23 və böyüklər yaş kateqoriyalarında mübarizə aparırlar. Hər kateqoriya üzrə 10 çəki dərəcəsində 50 idmançı birincilik uğrunda yarışır.
Qaliblər Azərbaycan Stronqmen Federasiyası tərəfindən medal və xatirə hədiyyələri ilə mükafatlandırılacaqlar.

22167 oxunub

InvestAZ