XƏBƏR LENTİ
19 Mart 2024
18 Mart 2024
17 Mart 2024
15 Mart 2024
14 Mart 2024



Çempionlar Liqası: Parisdə matəm, Lissabonda sevinc - FOTO
Foto 11:21 / 07.03.2019

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir. Ötən gecə daha 2 qarşılaşma keçirilib. PSJ doğma meydanda "Mançester Yunayted"i qəbul edib. Səfər matçında qələbə qazanan (2:0) Paris təmsilçisi növbəti mərhələyə daha yaxın olsa da, cavab görüşündə 3:1 hesablı qələbə qazanan ingilislər növbəti mərhələyə adlayıblar.
Gecənin digər oyununda isə "Roma" səfərdə "Portu"nun qonağı olub. "Canavarlar" İtaliyadakı ilk qarşılaşmada rəqibini 2:1 hesabı ilə məğlub etsələr də, Portuqaliyada 3:1 hesabı ilə uduzaraq, ÇL-də mübarizəni dayandırıb.
Çempionlar Liqası, 1/8 final mərhələsinin cavab oyunları:
7 mart
"Portu" - "Roma" - 3:1
Qollar: Tiqunyo, 26 (1:0), De Rossi, 37-pen (1:1), Mareqa, 53 (2:1),
A. Telleş, 90+4-pen. (3:1)
İlk oyun - 1:2
PSJ - "Mançester Yunayted" - 1:3
Qollar: Lukaku, 2 (0:1), Bernat, 12 (1:1), Lukaku, 30 (1:2), M. Reşford, 90+4 (1:3)
İlk oyun - 2:0

70080 oxunub

InvestAZ