XƏBƏR LENTİ
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



“Yuventus” arxayınlaşıb
İdman 12:07 / 30.07.2020

İtaliya A seriyasında XXXVII tur başa çatıb.Turun ikinci günündə 8 oyun baş tutub.​ "Latsio” gələn il​ B seriyasında oynayacaq​ "Breşiya”nı iki qolla məğlub edib. Eyni taleyi yaşayan "Spal” isə "Verona”ya böyük hesabla uduzub. "Sampdoriya” evdə "Milan”a, "Cenoa” səfərdə "Sassuolo”ya uduzub. Hər iki matçda 5 qol vurulub.​ Turinin də hər iki komandası xalsız qalıb. Çempion "Yuventus” səfərdə "Kalyari”yə, "Torino” evdə "Roma”ya məğlub olub.​ "Bolonya”nı qəbul edən "Fiorentina” ikinci hissədəki qollarla aktivinə 3 xal yazıb. "Leççe” isə "Udineze”dən üstün olub.​ Qeyd edək ki, A seriyasında sonuncu – XXXVIII turun matçları avqustun 1-2-də keçiriləcək.

İtaliya A seriyası

XXXVII tur

29 iyul

Verona – Spal – 3:0

Di Kamine, 7, 11, Faraoni, 47

Latsio– Breşiya– 2:0

Korrea, 17, İmmobile, 82

Sampdoriya​ – "Milan – 1:4

Askildsen, 87 – İbrahimoviç, 4, 58, Çalhanoğlu, 52, Leao, 90

Sassuolo – Cenoa – 5:0

Traore, 26, Berardi, 40, Kaputo, 68, 77, Raspadori, 74

Udineze – Leççe– 1:2

Samir, 36 – Mankosu, 40, Lapadula, 81

Kalyari​ – Yuventus– 2:0

Qalyano, 8, Simeone, 45

Fiorentina​ – Bolonya – 4:0

Kyeza, 48, 54, 89, Milenkoviç,74

Torino – Roma – 2:3
Berenquer, 14, Sinqo, 66 – Dzeko, 16, Smollinq, 23, Diavara, 61 (pen.)


24973 oxunub

InvestAZ