XƏBƏR LENTİ
23 Fevral 2026
22 Fevral 2026
20 Fevral 2026
19 Fevral 2026
18 Fevral 2026
17 Fevral 2026
13 Fevral 2026
12 Fevral 2026



Qaradənizdə qələbə firtınası
İdman 10:20 / 30.07.2020

İyulun 29-da futbol üzrə Türkiyə kubokunun final matçı oynanılıb. İstanbuldakı "Atatürk" Olimpiya Stadionunda "Trabzonspor" və "Alanyaspor" komandaları qarşılaşıblar. Görüş "Tranzonspor"un qələbəsi ilə yekunlaşıb - 2:0. Birinci qolu 25-ci dəqiqədə Abdulkadir Ömür vurub. Oyunda son nöqtəni isə 90+10-cu dəqiqədə Superliqanın cari mövsümdə bombardiri olan Aleksander Sorlot qoyub.

Bununla da "Trabzonspor" tarixində 9-cu dəfə Türkiyə kubokuna sahib olub. Sonuncu dəfə Trabzon təmsilçiləri kuboka 2010-cu ildə sahib olublar. Superliqada isə bu klub cari mövsümdə gümüş medal qazanıb.
Çempionatda 5-ci yerlə kifayətlənən "Alanyaspor" tarixində birinci dəfə ölkə kubokunda final həyəcanı yaşayıb.


34666 oxunub

InvestAZ