XƏBƏR LENTİ
24 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026



5 ölkədən 8 komanda Bakıya gəlir
Maraqlı 11:53 / 28.02.2019


Martın 4-də Bakıda futtennis üzrə açıq beynəlxalq turnir (Baku Open 2-nd İnternational Foottennis Tournament) keçiriləcək. Ardıcıl ikinci ildir təşkil olunan turnirdə 5 ölkədən 8 komanda çıxış edəcək. Yarışda Azərbaycan, Rusiya, Gürcüstan, İran və Pakistan komandaları mübarizə aparacaqlar.
Ölkəmiz bu turnirdə 4 yerli komanda - futtennis üzrə Azərbaycan Super Liqasının qalibləri "ASTA”, "EGE Hospital”, "Leon” və "Marafon” komandaları ilə təmsil olunacaq. Turnir hər qrupda 4 komanda olmaqla 2 qrup üzrə keçiriləcək. Qrup mərhələsində I və II yerləri tutmuş komandalar yarımfinalda görüşəcəklər və bu qayda ilə qaliblər müəyyənləşəcək. Qeyd edək ki, Azərbaycan Futnet Federasiyasının təşkil etdiyi turnirin püşkatma mərasimi martın 3-də baş tutacaq.



39732 oxunub

InvestAZ