XƏBƏR LENTİ
25 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



İbrahim Şehiç “Beşiktaş”a keçir
İdman 17:11 / 23.05.2020
"Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç "Beşiktaş”la razılığa gəlib. Bosniyalı qolkiper gələn mövsümdən İstanbul təmsilçisinin formasını geyinəcək.
Birinci liqa təmsilçisi "Erzurumspor”da çıxış edən 31 yaşlı oyunçu bir müddətdir "Beşiktaş” klubu ilə danışıq aparırdı. "Dadaşlar”ın baş məşqçisi Mehmet Özdilek daha öncə Türkiyə mətbuatına​ Şehiçin Türkiyədə ən yaxşı 5 qapıçıdan biri olduğunu və oyunçuya böyük klublardan təklif gəldiyini təsdiqləmişdi.
"Qara qartallar”ın artıq bosniyalı ilə razıliğa və rəsmi müqavilənin mövsüm sonunda imzalanacağı bildirilir. "Beşiktaş” yayda "Erzurumspor”la sözləşməsi bitəcək Şehiç üçün transfer bədəli ödəməyəcək.
Qeyd edək ki, 31 yaşlı qapıçı 2013-18-ci illərdə "Qarabağ”da çıxış edib.

34685 oxunub

InvestAZ