XƏBƏR LENTİ
22 Fevral 2026
20 Fevral 2026
19 Fevral 2026
18 Fevral 2026
17 Fevral 2026
13 Fevral 2026
12 Fevral 2026
11 Fevral 2026



Azərbaycan UEFA-ya təminat verdi
İdman 14:11 / 22.05.2020

Bakı 2021-ci ildə keçiriləcək Avropa çempionatının oyunlarını qəbul etməyə hazırdır.

Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının mətbuat xidmətindən "Ria Novosti"yə bildirilib.
Qeyd olunub ki, bütün təminatlar hökumət tərəfindən verilib.
Xatırladaq ki, UEFA qitə çempionatının koronavirus səbəbiylə 2020-ci ildən 2021-ci ilə qədər keçirilməsi barədə mart ayında qərar verib. Turnirin oyunlarının Avropanın 12 şəhərində - Sankt-Peterburq, Münhen, Roma, Bakı, Buxarest, Budapeşt, Kopenhagen, Amsterdam, Bilbao, Dublin, Qlazqo və Londonda keçirilməsi planlaşdırılır.


29297 oxunub

InvestAZ