XƏBƏR LENTİ
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



“Latsio”​ azarkeşlərin şəkillərini toplayır​
İdman 12:01 / 21.05.2020
İtaliyanın "Latsio” futbol klubu tribunalardan azarkeşlik edən insanları fotoşəkilləri ilə əvəz etmək qərarına gəlib. Bu barədə komandanın rəsmi saytında məlumat verilib.
Komandanın ictimaiyyətlə əlaqələr üzrə direktoru Stefano De Martino aksiyanın gələn həftə başlayacağını deyib. Onun sözlərinə görə, aksiyada iştirak etmək istəyənlər kluba öz şəkillərini göndərə bilərlər. Azarkeşlərin şəkilləri çap edilərək, "Latsio”nun doğma stadionunun tribunalarına yerləşdiriləcək.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
Bununla da, klub rəhbəri A seriyasında mövsümün bərpasından sonra futbolçulara və azarkeşlərə dəstək olmaq niyyətindədir. Qeyd olunub ki, koronavirus pandemiyası səbəbi ilə mart ayının əvvəlində dayandırılmış çempionat bərpa olunarsa, oyunlar​ tamaşaçısız​ keçiriləcək.

52814 oxunub

InvestAZ