XƏBƏR LENTİ
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Tokio Yay Olimpiya Oyunları gələn il keçiriləcək?
İdman 18:56 / 29.03.2020
 
Yeni növ koronavirus xəstəliyi ilə bağlı yaranan pandemiya səbəbindən təxirə salınan Tokio Yay Olimpiya Oyunlarının təşkilatçıları tədbirin açılışının 2021-ci il iyulun 23-də keçirilməsi məsələsini müzakirə edirlər. Bu barədə "New York Times" qəzeti xəbər verib.
Martın 27-də "Kyodo" agentliyi xəbər yayıb ki, Tokio Olimpiadasının keçiriləcəyi yeni tarix yaxın 3 həftə ərzində müəyyən ediləcək. Lakin "New York Times" qəzetinin müsahibinin məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsi (BOK) hazırda Olimpiya Oyunlarının keçirilmə tarixini daha əvvəl elan etmək niyyətindədir. Bu məsələnin müzakirəsi üçün BOK-un təcili görüşü bazar gününə nəzərdə tutulub. Tokio Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək olan dövrə planlaşdırılmışdı. Martın 24-də BOK koronavirusla bağlı vəziyyəti nəzərə alaraq, Oyunların 2021-ci ilədək təxirə salınmasını elan edib.
Xatırladaq ki, Mərkəzi Çində 2019-cu ilin sonlarında baş qaldıran yeni koronavirus xəstəliyi sonradan dünyanın 160 ölkəsinə yayılıb və bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunub. Son məlumatlara görə, dünya üzrə COVID-19 virusuna yoluxanların sayı 650 min nəfər təşkil edir, 30 min nəfər isə bu xəstəliyin qurbanına çevrilib.

30634 oxunub

InvestAZ