XƏBƏR LENTİ
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026



Gürcüstanda 4 medal qazanıldı
İdman 14:50 / 06.03.2020

Gürcüstanın Rustavi şəhərində idmanın Braziliya ciu-citsu növü üzrə beynəlxalq turnir keçirilib.
Azərbaycan Braziliya Ciu-citsu Klubu İctimai Birliyinin təsisçisi və İdarə Heyətinin sədri, qara kəmər sahibi Taleh Həsənov və "Qarabağ” idman klubunun rəhbəri, qara kəmər sahibi Anar Səfərov turnirdən bir gün əvvəl seminar keçiriblər. Seminarda bir çox ölkədən gələn idmançılar idmanın bu növünün sirləri ilə yaxından tanış olmaq şansı əldə ediblər. Bundan başqa, seminarda yarışda tətbiq olunacaq qaydalar da idmançılara ətraflı izah olunub.
Yarışda Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin yetirmələri Samir İsaqov (80 kq), Rəşid Davudov (84 kq), Baxşəli Əliyev (62 kq) və Murad Dibrayev (91 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq turnir üçün xüsusi olaraq hazırlanan kəmərləri əldə ediblər.

36955 oxunub

InvestAZ