XƏBƏR LENTİ
25 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026



Favoritlər növbəti mərhələdə
İdman 10:05 / 15.01.2020

İtaliya kubokunda 1/8 final mərhələsinin matçları davam edir. Ötən gün keçirilən qarşılaşmalarda favoritlər qələbə qazanaraq mərhələ adlayıblar. "Napoli” öz meydanında "Peruca”nı qəbul edib. Meydan sahibləri rəqibini iki cavabsız qolla məğlub edib – 2:0. Digər matçda "Latsio” doğma azarkeşləri önündə "Kremoneze” ilə üz-üzə gəlib. Paytaxt təmsilçisi qonaqların qapısından dörd cavabsız top keçirib. "İnter” və "Kalyari” komandalarının oyununda isə ümumilikdə beş qol vurulub. Milanlıların vurduğu dörd qola qonaqlar bir qolla cavba verə biliblər – 4:1.

"Napoli” – "Peruca” – 2:0.

Qollar: İnsinye, 26-pen, 38-pen.

"Latsio” - "Kremoneze” – 4:0.

Qollar: Patrik, 10, Parolo, 26, immobile, 58-pen, Quissanga, 89.

"İnter” – "Kalyari” – 4:1.

Qollar: Lukaku, 1 (1:0), Valero, 22 (2:0), Lukaku, 49 (3:0), Oliva, 72 (3:1), Ranokkya, 80 (4:1).

33012 oxunub

InvestAZ