XƏBƏR LENTİ
29 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Dünya çempionatında iştirak edən komandamız vətənə qayıdıb
İdman 14:22 / 04.09.2019

Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdo üzrə dünya çempionatında uğurla çıxış edən Azərbaycanın yığma komandası sentyabrın 3-də vətənə dönüb.
Milli komandamızın üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər, çoxsaylı azarkeşlər, idmançıların doğmaları və yaxınları gül-çiçək dəstələri ilə qarşılayıblar.
Dünya çempionatında Rüstəm Orucov gümüş, Hidayət Heydərov (hər ikisi 73 kq) isə bürünc medal qazanıb. Digər cüdoçularımız Elmar Qasımov (100 kq) 5-ci, Məmmədəli Mehdiyev (90 kq) və İrina Kindzerska (78 kq-dan yuxarı) isə 7-ci pillədə qərarlaşıblar.
Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının sonuncu günündə təşkil olunan qarışıq komanda yarışlarında çıxış edərək 5-ci yeri tutub.

35668 oxunub

InvestAZ