XƏBƏR LENTİ
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026



Yozef Abuksis: “Yenə güclənməliyik”
İdman 11:22 / 16.08.2019
"Bu, yay kuboku qazandıqdan sonra ən güclü oyunumuz oldu. Çünki hələ qol buraxmayan komandaya qalib gəldik. Amma yenə güclənməliyik. Bu qələbəni azarkeşlərə həsr edirəm.”
Bunu "Bney Yehuda"nın baş məşqçisi Yozef Abuksis İsraildə "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis bildirib ki, "pley-off"da qarşılaşacaqları İsveç "Malmö"sünə böyük hörmətlə yanaşırlar: "Çünki bu rəqib çox yaxşı oyun sərgiləyir. Amma "Neftçi" ilə layiqli oyun və düzgün taktika sayəsində bu mərhələyə çatmışıq. Yenə təvazökarlığımızı qoruyuruq. Qrup mərhələsinə vəsiqə qazanmaq bizim kimi komanda üçün böyük uğur sayıla bilər".
Abuksis hazırkı heyətdən və oyundan razı qaldığını söyləyib: "3-4 futbolçu da cəlb edə bilsək, daha yaxşı oyun sərgiləyə bilərik. Bu heyətdəki futbolçular 2-3 il əvvəl aşağı liqalarda çıxış edirdilər. İlk növbədə rəhbərliyə təşəkkür edirəm ki, onlara inandılar və biz də onları bu səviyyəyə gətirib çatdıra bildik".
Qeyd edək ki, "Bney Yehuda" ilk matçda 2:2 hesablı heç-heçə etdiyi üçün iki oyunun nəticəsində "pley-off"a yüksəlib.

31321 oxunub

InvestAZ